"Ağmaşenebeli Strategiyası”nın lideri yanacağın qiyməti ilə bağlı Baş nazirə sual ünvanlayıb
"Mən İrakli Kobaxidzeyə müraciət etmək istəyirəm: siz niyə sualdan yayınırsınız, hər bir litr yanacaqdan geriyə qalan bir lari yarım hara gedir? Gürcüstanda benzin və dizel niyə bu qədər bahadır? Niyə insanların həyatını bahalaşdırırsınız?"
InterPress.ge xəbər verir ki, bu barədə “Ağmaşenebeli Strategiyası” partiyasının lideri Giorgi Vaşadze deyib.
Onun sözlərinə görə, Gürcüstan vətəndaşlarının çoxu ölkədə yanacağın niyə bu qədər baha olması ilə maraqlanır.
"Bu suallara cavab verməlisiniz. İnsan cəmiyyətin yaratdığı sualdan necə yayına bilər, bu təkcə mənim sualım deyil, bu bahalı yanacağı maşınına tökən çox adamın sualıdır. Aydındır ki, bahalı benzin həyatı bahalaşdırır. Bahalı benzinə görə insanlar problem yaşayır, yanacaq baha olduğu üçün məhsullar bahalaşır, xidmətlər bahalaşır, tamamilə hər şey bahalaşır. Yanacaq niyə bu qədər ciddi bahadır, onu sərhəddə gətirənə qədər qiyməti 1 lari 65 tetridir, yanacaqdoldurma məntəqələrində olanda qiyməti iki dəfə artır. Bu müxtəlif bizneslərlə bu ölkədə qurduğunuz mafiya “klan” monopoliyasının günahı deyilmi? Niyə insanları kasıbladırsınız? Nə qədər zəngin olmalısınız? Cəmiyyəti narahat edən məsələlərə nə dərəcədə etinasız yanaşacaqsınız? Ona görə də mən bir daha İrakli Kobaxidzeyə müraciət edirəm, suala cavab verin, hər litr yanacaqdan bir lari yarım hara gedir? Siz çıxıb bu suala konkret cavab verməyə cavabdehsiniz”, - Vaşadze bildirib.


