Rustavi şəhərinin Todria küçəsində avtomobil aptek şəbəkələrindən birinə çırpılıb.
InterPress.ge xəbər verir ki, hadisə şahidlərinin yerli "İnfo Rustavi" nəşrinə verdiyi məlumata görə, sürücü maşını saxlayıb və bu zaman çox güman ki, əyləcə basa bilməyib və aptekin şüşəsinə çırpılıb.
Nəticədə xəsarət alan olmayıb. Hadisə yerinə patrul polisi səfərbər edilib.
