13 
Mar
2024
15:57
645

Taksi sürücülərinin nəzərinə!

Paytaxtın meri Kaxa Kaladze paytaxt hökumətinin iclasında bir daha A kateqoriyalı taksi icazəsi sahiblərinə xatırladıb ki, aprelin 1-dək aktivləşdiriləcək icazələri aktivləşdirsinlər, əks halda onlar avtomatik olaraq ləğv olunacaq.

InterPress.ge xəbər verir ki, qeyd olunan icazələri saxlamaq istəyən sahiblər icazələrin aktivləşdirilməsi barədə məlumatı taxi.tbilisi.gov.ge saytında və həmçinin Tbilisi meriyasının qaynar xəttində əldə edəcəklər.

“Taksi islahatı bizim üçün çox vacibdir. Bu istiqamətdə artıq bir neçə mərhələ həyata keçirilib. A kateqoriyalı taksi icazəsi sahiblərinə bir daha xatırlatmaq istərdim ki, əgər siz hələ də icazənizi aktivləşdirməmisinizsə, aprelin 1-dək aktivləşdirin. Keçən ilin aprel ayının 1-dən biz bu icazələri taksi sahiblərinə verdik ki, bu da aktivləşmə üçün bir illik müddət nəzərdə tuturdu. Qeyd olunan müddət artıq başa çatır. Buna görə tələsin. Əks halda, icazələr ləğv ediləcək və onu bərpa etmək mümkün olmayacaq", - deyə Kaladze bildirib.

Bizimlə əlaqə saxlayın