12 
Mar
2024
11:32
643

Baş nazir Saakaşvili ilə bağlı açıqlama verdi

"Onlar ictimaiyyəti aldatmağa çalışdılar ki, guya Mixail Saakaşvili ölüm ayağındadır, hər gün ölümcül nəticə verə bilər - bu, 2 ildir izlədiyimiz saxta kampaniya idi. Sonda sübut olundu ki, bütün bunlar başdan-ayağa yalan, saxtakarlıqdır".

InterPress.ge xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze jurnalistlərə bildirib.

Kobaxidzenin sözlərinə görə, Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilinin azadlığa buraxılması ilə bağlı bəyanatlar və çağırışlar ediləndə “bu, başa düşülən deyil”.

"Bu barədə əlavə şərh verməyəcəyəm. Məsələn, 2 il əvvəl gürcü icmasına rus dilində müraciət edən konkret şəxslərlə bağlı fikirlərim ola bilər, amma mən belə insanlarla polemikaya girmək istəmirəm”, - Kobaxidze bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər