10 
Mar
2024
11:01
669

12 yaşlı qıza qarşı əxlaqsız hərəkət edən şəxs saxlanıldı

Rustavidə 40 yaşlı kişi 12 yaşlı uşağa qarşı əxlaqsız davranışda ittiham edilərək saxlanılıb.

InterPress.ge-nin xəbərinə görə, təqsirləndirilən şəxs azyaşlını aldadaraq evinə aparıb, onu pornoqrafik videoya baxmağa vadar edib və övrətinə toxunub.

Bir müddət sonra həmin şəxs məktəb yaxınlığında uşaqla yenidən qarşılaşıb və bu dəfə ona pul müqabilində əxlaqsız hərəkət təklif edib, o isə bundan imtina edib.

Qız hadisəni valideynlərinə danışıb, bundan sonra onlar polisə məlumat veriblər və kişi həbs edilib.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın