InterPress.ge xəbər verir ki, Çin sosial şəbəkəsini qadağan edən qanun layihəsi Nümayəndələr Palatasının sədri Mayk Conson tərəfindən də dəstəklənir.
Məlumat üçün bildirək ki, ABŞ Nümayəndələr Palatasının Enerji və Ticarət Komitəsi Çinin ByteDance şirkətini TikTok-dan imtina etməyə çağırıb, əks halda ABŞ-da fəaliyyəti qadağan olunacaq.
CBS News-a görə, Ədliyyə Departamenti TikTok tərəfindən toplanan çox sayda həssas məlumat və Çin hökumətinin kampaniyaya təsir göstərməsi ilə bağlı təhdidlərin olduğunu açıqlayıb.
