08 
Mar
2024
18:07
362

Keçmiş arvadını hədələdikdən sonra onun avtomobilini yandıran şəxs saxlanılıb

Rustavidə gənc oğlan keçmiş arvadını soyuq silahla hədələdikdən sonra əvvəlcə avtomobilinə ziyan vurub, sonra isə yandırıb.

InterPress.ge xəbər verir ki, həmin şəxs artıq saxlanılıb.

 Məlumata görə, hadisə yerinə polis və yanğından mühafizə xidməti səfərbər edilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 11-ci Prima 187 və 11-ci Prima 151-ci maddələri ilə (ailə üzvünün əmlakına ziyan vurma və hədələmə) araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın