Levan Xabeişvili: "2024-cü il dəyişikliklər ilidir"
"2024-cü il dəyişikliklər ilidir - "Gürcü arzusu"nun manipulyasiyalarına baxmayaraq, gürcü xalqı çətinliyin öhdəsindən gələcək".
InterPress.ge xəbər verir ki, “Milli Hərəkat”ın sədri Levan Xabeişvili prezidentin “Seçki Məcəlləsi”nə dəyişikliklərə veto qoymasına belə cavab verib.
O, tövsiyələrin həyata keçirilməsinin zəruriliyindən də danışıb.
“Əgər bu tövsiyyələr həyata keçirilməlidisə, sanksiyaya məruz qalan hakimlərin olmaması ilə bağlı məhkəmə sisteminin təkmilləşdirilməsindən söhbət gedən, söz azadlığından, demokratiyadan söhbət gedən yerdə vətəndaşımıza təkcə status yox, Avropa İttifaqına üzv olmaq lazımdır. Bu o deməkdir ki, Gürcüstan varlanacaq, bu gün ölkədə əsas problem işsizlik, miqrasiya, məhsulların yüksək qiymətləridir və tövsiyələrin icrasından danışanda hamımız Avropa İttifaqını istəyirik, çünki bəzi insanlar yox, hamı firavan yaşamalıdır".
Ona Zurab Adeişvili haqqında da sual verilib, bununla bağlı Xabeişvili qeyd edib ki, media tez-tez gürcüləri maraqlandırmayan suallar verir.


