Ukraynanın prezidenti Vladimir Zelenski bu gün Türkiyəyə səfər edəcək.
InterPress.ge xəbər verir ki, məlumatı Ukrayna mediası Türkiyə prezidentinin kommunikasiyalar idarəsinə əsaslanaraq yayıb.
Onların məlumatına görə, Zelenski Türkiyə prezidenti Rəcəb Ərdoğanla görüşəcək və liderlər Rusiya-Ukrayna müharibəsi, taxıl sazişi, regionda sülhün bərqərar olması perspektivləri, ikitərəfli münasibətlərin möhkəmləndirilməsi məsələlərini müzakirə edəcəklər.
