06 
Mar
2024
15:37
455

Avtomobillərindən çıxan zərərli qazlara görə beş minə yaxın sürücü cərimələnib

2024-cü il martın 4-dək avtonəqliyyat vasitələrindən atmosferə atılan tullantıların miqdarının müəyyən edilmiş normasına əməl etmədiklərinə görə ümumilikdə 4099 fiziki və hüquqi şəxs cərimələnib.

InterPress.ge xəbər verir ki, bu barədə Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Ətraf Mühitə Nəzarət Departamenti məlumat verib.

Ən çox - 1895 cərimə Tbilisidə hərəkət edən sürücülərə/nəqliyyat vasitələrinin sahiblərinə tətbiq edilib; Departamentin əməkdaşları tərəfindən Kutaisidə 866, Batumidə 744, Rustavidə 594 qayda pozuntusu qeydə alınıb.

Cərimələnmiş 4099 qanun pozucusundan 3528-i fiziki, 571-i isə hüquqi şəxsdir.

Qeyd edək ki, 2437 avtomobil sürücüsü, 1449 mikroavtobus, 212 yük maşını və 1 avtobus sürücüsü cərimələnib.

Bizimlə əlaqə saxlayın