05 
Mar
2024
16:53
239

İslandiya Prezidenti: İslandiya Gürcüstanın Avro-Atlantik Alyansa qoşulmaq istəyini alqışlayır

"Biz Gürcüstanın Avro-Atlantik Alyansa qoşulmaq istəyini alqışlayırıq və bu istiqamətdə sizə dəstək verməyə hazırıq".

InterPress.ge xəbər verir ki, bu barədə İslandiya Respublikasının Prezidenti Qudni Yohannesson Gürcüstan Prezidenti Salome Zurabişvili ilə birgə bəyanatında bildirib.

“Uzun müddətdir ki, Gürcüstana səfər etmək mənim arzum idi. Mən gürcü xalqı ilə ilk dəfə 1990-cı ildə, Sovet İttifaqı dağılmamışdan əvvəl görüşmüşəm. İngiltərədə bir universitetdə dərs deyirdim və orada gürcü tələbələrlə tanış oldum. O gündən sonra arzum Gürcüstana səfər etmək idi. Gürcüstanın böyük potensialı var və biz İslandiyada Gürcüstan və gürcü xalqı ilə müxtəlif sahələrdə əməkdaşlığa hazırıq. Qeyd etdiyiniz bütün aspektlər əslində bizim tərəfimizdən nəzərdən keçirilib. Biz ikitərəfli əlaqələrdən danışanda bu baxımdan Gürcüstanı tam dəstəkləyirik. Həmçinin, biz Gürcüstanın Avro-Atlantik Alyansa qoşulmaq istəyini alqışlayırıq. Bu istiqamətdə də sizə dəstək verməyə hazırıq”.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər