05 
Mar
2024
13:32
301

Baş nazir: Son reytinqlərə görə "Milli Hərəkat" -18%, digər partiyalar 5% -dən aşağıdır

"Ən son reytinqlər belədir: “Milli Hərəkat” - 18%, bütün digər partiyalar 5%-dən aşağıdır - biz konstitusiya çoxluğunu əldə edirik".

InterPress.ge xəbər verir ki, bunu Baş nazir İrakli Kobaxidze jurnalistlərə bildirib.

Onun sözlərinə görə, “Gürcü Arzusu” “Milli Hərəkat”dan üç dəfə çox səs toplamalıdır.

"Gah qruplaşmaya, gah da başqa qərarlar verməyə çalışırlar. Daxili disharmoniya da onların problemlərindəndir, birləşməkdə çətinlik çəkirlər. Sonda optimal mənzərə ilə seçkilərə çatacağımızı düşünürük. “Milli Hərəkat”ın bir dənə də olsun peyki seçki bariyerini aşa bilməsə, ideal olar. Biz konstitusiya çoxluğu əldə etmək istəyirik, bu isə o deməkdir ki, “Gürcü Arzusu” “Milli Hərəkat”dan üç dəfə çox səs toplamalıdır. Bu, bizim vəzifəmizdir, tamamilə real işdir. Bugünkü məlumatlar tam olaraq belədir: Biz 60% və Milli Hərəkat -18%- dir, bu o deməkdir ki, bugünkü məlumatlara görə konstitusiya çoxluğu əldə edirik. Bizim vəzifəmiz bizə olan dəstəyi saxlamaq və daha da artırmaqdır”, - Kobaxidze bildirib.

Onun sözlərinə görə, Nika Qvaramiya, Nika Melia, eləcə də Mamuka Xazaradzenin qaranlıq keçmişi olub və gələcəkdə də belə olacaq.

"Qvaramia, Melia - onların siyasi gələcəyi siyasi keçmişləri ilə eyni olacaq, yəni qaranlıq və ağır. Qvaramiya-Melia-Xazaradze – bu bir qrupdur, kollektiv “Milli Hərəkat”dır, onların keçmişi nə qədər qaranlıq idisə, gələcəkləri də elə qaranlıq olacaq”, - Kobaxidze bildirib.

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər