05 
Mar
2024
11:53
340

Salome Zurabişvili “Seçki Məcəlləsi”nə dəyişikliklərə veto qoyub

Gürcüstan prezidenti Salome Zurabişvili parlamentin təsdiq etdiyi “Seçki Məcəlləsi”nə dəyişikliklərə veto qoyub.

InterPress.ge xəbər verir ki, Prezidentin 11 səhifəlik əsaslandırılmış iradları artıq Parlamentə təqdim olunub.

Prezident öz əsaslandırılmış qeydində ATƏT/DTİB-in Gürcüstana verdiyi tövsiyələri nəzərdən keçirir və bu kontekstdə vetodan istifadəni izah edir.

“Qanunvericiliyə edilən dəyişikliklər nəticəsində MSK sədrinin və üzvlərinin təyin edilməsi prosesində Gürcüstan prezidentinin rolu yenidən məhdudlaşdırılıb. Parlamentin əvvəlcə 3/5, sonra isə 1/2 səs çoxluğu ilə namizədi iki dəfə seçə bilməsə, məsələni prezidentə verməsinə dair 20 fevral 2024-cü il tarixli qanunvericiliyə edilən dəyişikliklər təbii ki, prezidentin iştirakının keyfiyyətini və rolunu əsaslı şəkildə dəyişə bilməz, çünki Gürcüstan parlamentinin 1/2 səs çoxluğu ilə iki dəfə namizəd seçə bilməyəcəyi ehtimalı çox aşağıdır", - deyə bildirilib.

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər