İslandiya Respublikasının Prezidenti Tbilisidə rəsmi səfərdədir
İslandiya Respublikasının Prezidenti Qudni Yohansson Tbilisidə rəsmi səfərdədir.
InterPress.ge xəbər verir ki, Tbilisi Beynəlxalq Aeroportunda İslandiya Prezidentini və dövlət nümayəndə heyətini Gürcüstan Prezidenti Administrasiyasının rəhbəri Natia Sulava və xarici işlər naziri İliya Darçiaşvili qarşılayıblar.
Bu gün Orbeliani sarayında İslandiya Respublikasının Prezidenti Qudni Yohanssonun rəsmi qarşılanma mərasimi keçiriləcək. Rəsmi səfər çərçivəsində Gürcüstan Prezidenti ilə İslandiya Respublikası Prezidentinin təkbətək və geniş tərkibdə görüşü keçiriləcək, bundan sonra prezidentlər birgə bəyanatlarla çıxış edəcəklər.
İslandiya Respublikası Prezidentinin Gürcüstanın Baş naziri və Gürcüstan parlamentinin sədri ilə görüşləri nəzərdə tutulub.


