04 
Mar
2024
16:19
271

Kaxa Kaladze müxalifət haqqında: "Koalisiya yaratmaqla ictimaiyyəti çaşdırmaq istəyirlər"

"Onlar koalisiya yaratmaqla ictimaiyyəti çaşdırmaq istəyirlər - sanki fərqlidirlər və “Milli Hərəkat”la heç bir əlaqələri yoxdur".

InterPress.ge xəbər verir ki, paytaxt meri Kaxa Kaladze bu barədə mətbuata danışıb.

Onun sözlərinə görə, müxalifətin hansı koalisiyadan danışdığı və builki parlament seçkilərində hansı şanslarının olduğu bəlli deyil.

“Onların hansı koalisiyadan danışdıqlarını və şanslarının nə olduğunu bilmirəm. Bütün siyasi partiyalar hansısa yolla seçki baryerini aşmağa çalışırlar. Bunun tərəflər arasında necə bölüşdürülməsi bir az anlaşılmazdır. Bu insanların hamısı “Milli Hərəkat”ın tərkibindədir. Bu gün başqa partiya adları ilə çıxa, başqa şeylər yarada bilərlər. Onların müxtəlif platformalar yaratmaq istəkləri var. Onların istəyi camaatı çaşdırmaqdır - Onlar koalisiya yaratmaqla ictimaiyyəti çaşdırmaq istəyirlər - sanki fərqlidirlər və “Milli Hərəkat”la heç bir əlaqələri yoxdur, halbuki, cəmiyyət hər şeyi yaxşı xatırlayır, kim kimdir, kim harada idi, nə edirdi və s.

Bir daha təkrar edirəm ki, bu radikalizm həmişə uğursuzluğa məhkumdur, belə olub, gələcəkdə də belə olacaq”, - deyə Kaxa Kaladze bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər