Marneulidə "Yaşıl düşün" layihəsinin təqdimatı baş tutub
Təşəbbüs qrupu "Yaşıl Düşüncə"nin "Yaşıl düşün" layihəsinin yekun görüşü keçirilib.
InterPress.ge xəbər verir ki, görüşdə layihənin nəticələri iştirakçılara bildirilib.
Görüşdə plastmas toplamaq üzrə birinci yerə çıxan məktəblərin siyahısı açıqlanıb.
Layihə çərçivəsində Marneulidə "Təmizlik günü" keçirilib, burada 420-yə yaxın Marneulidən olan şəxs iştirak edib. Eyni zamanda plastmas aksiyaları həyata keçirilib, burada isə 800-ə yaxın məktəbli iştirak edib.
"Biz hesab edirik ki, bu cür layihələr tez-tez həyata keçirilməlidir ki, Marneulidə ekoloji vəziyyət daha da düzəlsin və yaxşılaşsın", - deyə "Yaşıl Düşüncə"nin təsisçisi Gülgün Məmmədxanov qeyd edib.
Qeyd edək ki, plastmas aksiyası zamanı 2500 tona yaxın plastmas yığılıb. "Marneuli təmizlik günü"ndə iki min tona yaxın tullantı yığılıb.
Məlumat üçün bildirək ki, layihə Taso fondu tərəfindən həyata keçirilib.


