Karantin müddətinin qısaldılması ilə bağlı açıqlama verildi
"Dünənki islahatlara görə 14 günlük karantin müddəti 12 günədək azaldıldı".
InterPress.ge xəbər verir ki, Tbilisinin yoluxucu xəstəliklər xəstəxanasının tibb direktoru Marina Ezuqbaia karantin müddətinin 14 gündən 12 günədək azaldılması haqda izahat verib.
"Dünənki islahatlara görə 14 günlük karantin müddəti 12 günədək azaldıldı. Hesab edək ki, təmasdan 12 gün ərzində tədqiqatlar aparılacaq, inkubasiya müddəti 12 gün ola bilər. 12 gün elə belə düşünülmüş bir şey deyil. 12 gün ərzində davam edən tədqiqatlarda 12-ci gün koronavirusun olub olmadığı müəyyən edilmiş olur. O, 24, 48 saat yenə sağlam hesab edilir. Burada heç bir problem yoxdur. Bugünkü gündən, Xəstəliyin nisbətən yüngülləşməsindən, yayın isti günlərindən və başqa meyarlardan dolayı müəyyən insanlarda karantin müddəti azaldılacaq. Ölkədə 6 kritik və 19 ağır xəstə var. Bu qədər sayda xəstə arasında bu az say deyil", -dedi M. Ezuqbaia


