01 
Mar
2024
13:59
570

Baş nazir: ABŞ Gürcüstan vətəndaşları üçün vizasız rejim tətbiq etsə, çox yaxşı olar

Gürcüstanın baş nazirinin sözlərinə görə, Amerika Birləşmiş Ştatları Gürcüstan vətəndaşları üçün vizasız rejim tətbiq etsə, çox yaxşı olar.

InterPress.ge xəbər verir ki, bu barədə jurnalistlərə İrakli Kobaxidze açıqlama verib.

Onun sözlərinə görə, Gürcüstan hökuməti bu prosesi mümkün qədər dəstəkləyəcək.

"ABŞ Gürcüstan vətəndaşları üçün vizasız rejim tətbiq etsə, çox yaxşı olar. Üstəlik, ABŞ-ın miqrasiya siyasəti baxımından heç bir problem yaratmazdı. Birbaşa aviareyslər olsa, azad ticarət sazişi imzalansa, ticarət iqtisadi əlaqələr möhkəmlənər, daha çox investisiyalar gələr. Bu istiqamətdə bu gün praktiki olaraq sıfır vəziyyət var.

Biz bu prosesə bacardıqca dəstək verəcəyik, lakin tək bizim səylərimiz kifayət etmir. Bu sahədə amerikalı tərəfdaşlarımızın dəstəyi bizim üçün vacibdir. Amerika səfiri ilə çox ümidverici görüş keçirdim, müsbət mesajlarım oldu, əsas odur ki, bütün bunlar ABŞ hökumətinin qərarlarına çevrilsin”.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər