Gürcüstan yarı-azad ölkələr siyahısında yer alıb
Freedom House-un illik hesabatına görə, Gürcüstan hələ də yarı-azad ölkədir.
InterPress.ge xəbər verir ki, ölkəmizin azadlıq indeksi 100 baldan 58 balla qiymətləndirilir.
Siyasi hüquqlar baxımından Gürcüstan 40 baldan 22, vətəndaş hüquqları üzrə isə 60 baldan 36 bal toplayıb.
2023-cü ildə baş verən hadisələrdən bəhs edən hesabat hələ tam dərc olunmayıb.
“Bölgədəki repressiv hökumətlər müstəqil media və vətəndaş cəmiyyətini xarici agentlər kimi qələmə verən qanunlar təşəbbüsü və ya qəbulu ilə Moskvanı izlədilər. 2023-cü ilin əvvəlində Gürcüstan hökuməti ifadə azadlığını əhəmiyyətli dərəcədə pozacaq Xarici Agentlər Qanununun öz versiyasını qəbul etməyə cəhd etdi. Kütləvi nümayişlərdən sonra qanun layihəsi geri götürülüb. Bununla belə, hakim partiyanın deputatları onun ictimai müzakirələrdən sonra yenidən tətbiq oluna biləcəyini bildiriblər”, - Freedom House yazıb.


