Bolnisidə arvadını öldürməkdə təqsirləndirilən şəxsə məhkəmə ömürlük həbs cəzası verib
Rustavi Şəhər Məhkəməsi prokurorluğun təqdim etdiyi sübutları tam qəbul edərək, Bolnisidə xüsusi amansızlıqla arvadını qəsdən öldürməkdə təqsirləndirilən şəxsi ömürlük həbs cəzasına məhkum edib.
InterPress.ge xəbər verir ki, bu barədə Baş prokurorluq məlumat yayıb.
Kişi azyaşlı uşaqlarının gözü qarşısında həyat yoldaşına çoxsaylı xəsarətlər yetirib.
“Məhkəmə zamanı sübut edilib ki, 2023-cü il sentyabrın 26-da Bolnisidə təqsirləndirilən şəxs qısqanclıq və qisas zəminində azyaşlı uşaqlarının yanında həyat yoldaşına çoxsaylı bıçaq zərbələri vurub. Aldıqları xəsarətlər nəticəsində zərərçəkən yerindəcə ölüb”, - məlumatda deyilir.
Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi sentyabrın 30-da saxlayıblar.


