26 
Fev
2024
12:44
1139

Marneuli bələdiyyəsində vətəndaşın əmlakı zorla əlindən alınır

Rustavi-Qırmızı körpü və Rustavi-Sadaxlı avtomobil yolunun tikintisi ilə əlaqədar Avtomobil Yolları Departamentinə vətəndaşların daşınmaz əmlakının özgəninkiləşdirilməsi (dövlət tərəfindən kompensasiya ödənilməklə əmlakın zorla müsadirə edilməsi) hüququ verilib.

InterPress.ge-nin xəbərinə görə, İqtisadiyyat Nazirliyinin sərəncamında qeyd edilib ki, layihəyə Rustavi-Qırmızı körpü və Rustavi-Sadaxlı avtomobil yolları daxildir.

Sözügedən layihə Şərq-Qərb avtomobil yolunun şərq hissəsinin sonuna aiddir. Magistral Türkiyə sərhədindən başlayır, Batumi, Kutaisi və Rustavidən keçərək Azərbaycan və Ermənistan sərhədlərinə qədər uzanır. Layihə iki səviyyəli keçidlərlə dördzolaqlı avtomobil yolunun tikintisini nəzərdə tutur.

Layihənin həyata keçirilməsi üçün Avtomobil Yolları Departamentinin sifarişi əsasında torpaq sahəsinin alqı-satqısı və köçürülməsi üzrə tədbirlər planı hazırlanmışdır ki, bu planda əmlakın dəyərinə görə kompensasiya və layihənin təsir zonasında olan daşınmaz əmlakın sahiblərinə kompensasiya ödənilməsi məsələsi daxildir.

Lakin aparılan danışıqlara baxmayaraq, layihənin təsirinə məruz qalan Elnarə Məmmədovaya məxsus daşınmaz əmlakın könüllü olaraq alınması ilə bağlı razılıq əldə olunmayıb.

O cümlədən, söhbət Marneuli bələdiyyəsinin Algeti ərazi vahidində yerləşən 288 min kvadratmetr kənd təsərrüfatına yararlı torpaq sahəsinin 18 min 715 kvadratmetrinin könüllü olaraq alınmasından gedir. Müvafiq olaraq, sözügedən əmlak özgəninkiləşdirməyə məruz qalıb.

Bizimlə əlaqə saxlayın