23 
Fev
2024
12:06
119

ABŞ Rusiyaya qarşı yüzlərlə yeni sanksiyalar tətbiq edəcəyini açıqlayıb

ABŞ Rusiyaya qarşı yüzlərlə yeni sanksiyalar tətbiq edəcəyini açıqlayıb.

InterPress.ge xəbər verir ki, bunu ABŞ dövlət katibinin müavini Viktoriya Nuland deyib.

Nulandın sözlərinə görə, sanksiyaların bəziləri rusiyalı müxalif siyasətçi Aleksey Navalnının ölümünə görə məsuliyyət daşıyanları hədəfə alıb və əksəriyyəti “Putinin döyüş maşınına” zərbə vuracaq. Sanksiyalar Rusiyaya sanksiyalardan yayınmağa kömək edən ölkələrə də yönəldiləcək.

“Yaxın bir neçə gün ərzində sarsıdıcı yeni sanksiyalar paketi, yüzlərlə, yüzlərlə və yüzlərlə sanksiyalar olacaq. Onların bəziləri Navalnının ölümündə bilavasitə əli olan insanlara qarşı yönəldiləcək. Əksəriyyət Putinin döyüş maşınını daha da zəiflətmək və onun sanksiyalardan yayına bildiyi sanksiyalar rejimindəki boşluqları bağlamaq üçün nəzərdə tutulub”, - Nuland qeyd edib.

Onun sözlərinə görə, artıq tətbiq edilən sanksiyalar Rusiyanın müdafiə sənayesini dayandıra bilməyib, çünki “Putin və onun fırıldaqçıları çoxlu boşluqlar tapıblar”. Lakin ABŞ dövlət katibinin müavininin izahatına görə, yeni sanksiyalar bu məsələni həll edəcək.

"Bir neçə gündən sonra görəcəyiniz paket sanksiyalardan yayınma probleminə, yayınmağa kömək edən qovşaqlara, şəbəkələrə və ölkələrə, bu cür yayınmalara dəstək verən və icazə verən banklara tətbiq ediləcək”, - Viktoriya Nuland bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər