23 
Fev
2024
11:57
139

Sergey Lavrov Navalnının ölümü ilə bağlı: "Bu adamların bizim daxili işlərimizə qarışmağa haqqı yoxdur"

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Aleksey Navalnının ölümünə Qərbin reaksiyasını “isteriya” adlandırıb.

InterPress.ge xəbər verir ki, Lavrovun sözlərinə görə, Qərb ölkələrinin Rusiyanın işlərinə qarışmağa haqqı yoxdur.

“Navalnının ölümü ilə bağlı isteriya hər şeyi inandırıcı etdi. Şərh etmək belə istəmirəm. Bu adamların bizim daxili işlərimizə qarışmağa haqqı yoxdur. Əgər konkret olaraq Navalnı haqqında danışırıqsa, onda heç kim Almaniya ərazisində ona nə edildiyini bilmir”, - Sergey Lavrov bildirib.

Bununla belə, Sergey Lavrovun qeyd etdiyinə görə, 2020-ci ildə Almaniya hakimiyyəti Navalnı üçün Almaniyanın hərbi hospitalında apardığı analizlərin nəticələrini Rusiya ilə bölüşməkdən imtina edib.

“Navalnı Almaniyaya gedəndə mülki klinikada bizim ittiham olunduğumuz heç nə tapmadılar. Onu hərbi klinikaya köçürüblər. Orada onun bədənində müəyyən bir "Noviçok" olduğunu tapdılar. Biz onlardan analizlərin nəticələrini bizə göstərmələrini istədik, dedilər ki, bu, sizin işiniz deyil”, - Lavrov bildirib.

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər