23 
Fev
2024
11:18
266

Co Bayden Aleksey Navalnının həyat yoldaşı və qızı ilə görüşüb

ABŞ prezidenti Co Bayden Kaliforniyada Aleksey Navalnının həyat yoldaşı və qızı ilə görüşüb.

InterPress.ge xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

"Prezident Aleksey Navalnının fövqəladə cəsarətinə və onun korrupsiyaya qarşı mübarizəsinə heyran olduğunu bildirib", - Ağ Evin bəyanatında deyilir.

Bu arada Co Bayden Aleksey Navalnının ailəsi ilə görüşərkən qeyd edib ki, Navalnının irsi onun ölümünə Rusiyada və bütün dünyada yas tutan, azadlıq, demokratiya və insan haqları uğrunda mübarizə aparan insanlar vasitəsilə davam edəcək.

“Prezident təsdiq edib ki, onun administrasiyası sabah Alekseyin ölümünə, Rusiyanın repressiyalarına, təcavüzünə, Ukraynada apardığı amansız və qeyri-qanuni müharibəyə cavab olaraq Rusiyaya qarşı böyük yeni sanksiyalar elan edəcək”, - deyə məlumatda bildirilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər