22 
Fev
2024
14:31
517

Kvemo Kartlidə 4075 hektar kənd təsərrüfatı sahəsinin suvarma suyu ilə təminatı yaxşılaşdırılacaq

“Georgia Melioratsia” MMC Marneuli bələdiyyəsində Xram kanalının suvarma sisteminin əsas kanalını bərpa edir.

InterPress.ge xəbər verir ki, bu barədə Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Qurumun məlumatına görə, Bolnisi və Marneuli bələdiyyələrinin 11 kəndi (Kolayır, Muğanlı, Qızılhacılı, Tamarisi, Tsereteli, Sabirkənd, Algeti, Təzəkənd, Əzizkənd, Algeti üzüm bağı, Keşəli), Marneuli şəhərinin ətraf ərazisi və sahibkarlıq obyektləri bərpa edilmiş suvarma sistemindən faydalanacaq.

Görülən işlər rayonda 4075 hektar kənd təsərrüfatı sahəsinin su təminatını yaxşılaşdıracaq və bu da keyfiyyətli məhsuldarlığı xeyli artıracaq.

Layihənin dəyəri 4,4 milyon laridir. İşlər bu ilin sonuna kimi yekunlaşacaq.

 

Bizimlə əlaqə saxlayın