20 
Fev
2024
16:17
130

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları daha bir il uzadıb

Aİ Şurası Ukrayna ərazilərinin qanunsuz işğalı və ilhaqına görə Rusiyaya qarşı tətbiq edilən sanksiyaları bir il müddətinə, 2025-ci il fevralın 24-dək uzadıb.

InterPress.ge xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurası bu gün bəyan edib.

“Rusiya Federasiyasının qeyri-qanuni hərəkətləri beynəlxalq hüququn ciddi şəkildə pozulması olan güc tətbiqi qadağasını pozmaqda davam etdikcə, hazırda İttifaqın tətbiq etdiyi bütün tədbirlərin qüvvədə saxlanılması və lazım gələrsə, əlavə tədbirlərin görülməsi məqsədəuyğundur”, - Şuranın bəyanatında deyilir

Şura Rusiyaya qarşı sanksiyaları 2022-ci il fevralın 23-də, Ukraynaya genişmiqyaslı işğaldan az əvvəl, daha sonra isə həmin ilin oktyabrında Rusiyanın Ukraynanın dörd bölgəsini ilhaq etdiyini elan etməsinə cavab olaraq tətbiq edib.

Yanvarda Şura həmçinin “Ukraynada vəziyyəti sabitsizləşdirməyə yönəlmiş hərəkətlərə” görə Rusiyaya qarşı sanksiyaları 2024-cü il iyulun 31-dək uzadıb. Avropa İttifaqı Moskvanın təcavüzünə cavab olaraq Ukraynaya qarşı 12 sanksiya paketi tətbiq edib və fevralın 24-də dərc olunacağı gözlənilən 13-cü paket müzakirə olunur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər