20 
Fev
2024
10:37
278

Bu gün Brüsseldə Gürcüstan-Avropa İttifaqı Assosiasiya Şurasının iclası keçiriləcək

Bu gün Brüsseldə Gürcüstan-Avropa İttifaqı Assosiasiya Şurasının səkkizinci sessiyası keçiriləcək.

InterPress.ge xəbər verir ki, bu, Avropa İttifaqı Şurasının press-relizində deyilir.

Gündəliyə əsasən, sessiya Brüssel vaxtı ilə saat 11:00-da başlayacaq.

Sessiyaya Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Cozef Borrel rəhbərlik edəcək. Gürcüstan nümayəndə heyətinə baş nazir İrakli Kobaxidze rəhbərlik edəcək.

“Görüşdə Gürcüstanın Avropa İttifaqına daxil olması, siyasi dialoq və islahatlar, iqtisadi və sektorlar üzrə əməkdaşlıq, ticarət və əlaqəli məsələlər, münaqişələrin sülh yolu ilə həlli müzakirə olunacaq. Məhdud sessiya zamanı Avropa İttifaqı və Gürcüstan nümayəndələri xarici və təhlükəsizlik siyasəti, xüsusilə regional məsələlər, təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparacaqlar”, - məlumatda deyilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər