G7 ölkələri Rusiyadan Navalnının ölümünün səbəbləri ilə bağlı izahat tələb edirlər
“Böyük Yeddilik” ölkələri Rusiyadan Aleksey Navalnının ölümünün hansı şəraitdə baş verdiyi barədə izahat tələb edir.
InterPress.ge xəbər verir ki, bu gün Münhendə keçirilən təhlükəsizlik konfransı çərçivəsində Böyük Britaniya, Kanada, Fransa, Almaniya, İtaliya, ABŞ və Yaponiyanın xarici işlər nazirlərinin görüşü keçirilib.
Hazırda G7-yə sədrlik edən İtaliya rəsmi bəyanatında Navalnının həbsdə ölməsindən narahat olduğunu bildirib. Həmin bəyanatda onun “qanuni siyasi fəaliyyətinə və korrupsiyaya qarşı mübarizəsinə görə haqsız yerə məhkum edildiyi” qeyd edilir.
Xatırladırıq ki, Aleksey Navalnı dünən, fevralın 16-da Sibir həbsxanasında dünyasını dəyişib. Rəsmi səbəb məlum deyil, lakin sivil dünya Putinin əsas rəqibinin ölümünə görə bütün məsuliyyəti Kremlin və şəxsən Putinin üzərinə qoyur.


