17 
Fev
2024
18:27
382

Gürcüstan prezidenti Ursula fon der Leyen ilə görüşüb

Gürcüstan Prezidenti Salome Zurabişvili təhlükəsizlik konfransında iştirak etdiyi Münhendə Avropa Komissiyasının sədri Ursula fon der Leyen ilə görüşüb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan prezidentinin administrasiyası məlumat yayıb.
 

Məlumata görə, Gürcüstan prezidenti şəxsən Avropa Komissiyasının sədri Ursula fon der Leyenə Avropa Komissiyası tərəfindən Gürcüstana namizəd ölkə statusunun verilməsi ilə bağlı açıq-aydın dəstək və tövsiyələrə görə təşəkkür edib.
60-cı Münhen Konfransı dünən açılıb və sabah başa çatmalıdır.
Burada Gürcüstan prezidenti ilə yanaşı, Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili də iştirak edir. Beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsi üçün dünyanın aparıcı forumu olan Münhen Təhlükəsizlik Konfransında Gürcüstan prezidenti “Daha dərin, daha geniş və bacarıqlı Avropa İttifaqı” panelində çıxış edəcək və müzakirədə iştirak edəcək

Bizimlə əlaqə saxlayın