Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Rusiyada Navalnının xatirəsinə həsr olunmuş aksiyalarda 100-dən çox adam saxlanılıb

439
Rusiyada Navalnının xatirəsinə həsr olunmuş aksiyalarda 100-dən çox adam saxlanılıb
Dinləmək üçün basın

Aleksey Navalnının ölümündən sonra Rusiyanın 8 şəhərində nümayişlər keçirilib.

Aleksey Navalnının ölümündən sonra Rusiyanın 8 şəhərində nümayişlər keçirilib.

InterPress.ge xəbər verir ki, bu barədə "Meduza" Rusiya hüquq müdafiə təşkilatına əsaslanaraq məlumat verib.

“OVD-İnfo”nun məlumatına görə, hüquq-mühafizə orqanları Navalnının xatirəsinə həsr olunmuş mitinqlərdə 100-dən çox insanı saxlayıb. Vətəndaşlar Moskva, Sankt-Peterburq, Krasnodar, Tver, Taqanroq, Nijni Novqorod, Rostov və Murmanskda saxlanılıb.

Xatırladırıq ki, rusiyalı müxalifətçi Aleksey Navalnı dünən, fevralın 16-da Sibir həbsxanasında 47 yaşında dünyasını dəyişib. Rusiya təbliğat mediası onun ölüm səbəbi kimi qan laxtalanmasını göstərib. Lakin dünya liderləri müxalifətçinin ölümündə şəxsən Kreml və Putini günahlandırır.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Aİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübSon xəbərlərə bax →