16 
Fev
2024
18:35
374

Cozef Borrell:” Navalnının ölümünə görə yalnız Putin məsuliyyət daşıyır”

"Navalnı Rusiyanın şərəfini xilas etmək üçün canını verdi, onun ölümünə görə yalnız Putin məsuliyyət daşıyır"

InteePress.ge xəbər verir ki, bunu Aİ-nin ali nümayəndəsi Cozef Borrell şəxsi Twitter səhifəsində yazıb.

“Ömrünü Rusiyanın ləyaqətinin xilasına həsr etmiş, demokratlara və vətəndaş cəmiyyətinə ümid verən çox cəsur bir adam olan Aleksey Navalnının ölümü ilə bağlı mətbuatda yayılan xəbərlər məni şoka salıb.
Əlavə məlumat gözlədiyimiz müddətdə gəlin aydın olaq: ​​buna görə yalnız Putin cavabdehdir”, - Borel yazıb.

Xatırladaq ki, Rusiya Federal Penitensiar Xidmətinin Yamalo-Nenets Muxtar Dairəsinin regional idarəsinin məlumatına görə, bu gün cəzaçəkmə müəssisəsinin 3-cü islah koloniyasında rusiyalı müxalifətçi siyasətçi Aleksey Navalnı dünyasını dəyişib. Qurumun məlumatına görə, Navalnı özünü pis hiss edib və huşunu itirib, bundan sonra həkimlər onu xilas etmək üçün reanimasiya tədbirləri görüblər, lakin nəticəsi olmayıb.

Bizimlə əlaqə saxlayın