16 
Fev
2024
00:15
260

Prokurorluq qrup zorakılığı və intihar faktlarına görə üç nəfərə qarşı ittiham irəli sürüb

Gürcüstan Prokurorluğu qrup zorakılığı və intihar faktı üzrə üç nəfərə qarşı ittiham irəli sürüb.
 
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Prokurorluğu məlumat yayıb.

Məlumata görə, prokurorluq qanunla müəyyən edilmiş müddətdə təqsirləndirilən şəxslərə qarşı həbs qətimkan tədbirinin tətbiq edilməsi barədə vəsatətlə məhkəməyə müraciət edəcək.

“Daxili İşlər Nazirliyi tərəfindən aparılan araşdırmalarla müəyyən edilib ki, hərbi qulluqçular öz əməkdaşlarının təqsirləndirilən şəxsin dostunun həyat yoldaşı ilə şəxsi yazışmalarından xəbər tutublar və bu səbəbdən həmin əməkdaşdan qisas almaq üçün onu cəzalandırmaq qərarına gəliblər.
Yanvarın 11-də təqsirləndirilən şəxslər Qori rayonunun Axalşen kəndindəki evində zərərşçəkmiş şəxsə yaxınlaşaraq ona fiziki təzyiq göstəriblər. Həmçinin təqsirləndirilən şəxslər zərərçəkmişi törətdiyi davranışı etiraf etməyə məcbur edib və bu məlumatı açıqlamaqla hədələyiblər.
Hər üç təqsirləndirilən şəxs tərəfindən təhdid və qəddar rəftar nəticəsində istintaqın hazırkı mərhələsində zərərçəkmişin hadisə yerindən qaçdığı və daha sonra asılmış vəziyyətdə tapıldığı müəyyən edilir.
Hüquq-mühafizə orqanları təqsirləndirilən şəxsləri fevralın 15-də həbs ediblər. Onlara qarşı Gürcüstan Cinayət Məcəlləsinin 126-cı maddəsinin birinci hissəsi, “b” yarımbəndi (qrup şəklində zorakılıq) və 115-ci maddəsinin birinci hissəsi (özünü öldürmə həddinə çatdırma) ilə ittiham irəli sürülüb.
Daxili İşlər Nazirliyində başlanmış cinayət işi üzrə istintaq davam etdirilir”, - məlumatda deyilir.

Bizimlə əlaqə saxlayın