15 
Fev
2024
19:47
458

Pavel Herçinski Marneuli bələdiyyəsinə səfəri çərçivəsində yerli fəallarla görüşüb

Bu gün Avropa İttifaqının səfiri Pavel Herçinski Kvemo Kartli regionuna xüsusən də Marneuliyə səfəri çərçivəsində  Yerli bələdiyyə ilə yanaşı QHT sektoru o cümlədən yerli fəallarla görüşüb və onları dinləyib.

InterPress.ge xəbər verir ki, Aİ  səfiri xüsusi ilə Qırmızı Körpü qeyri hökumət təşkilatı ilə maraqlanıb və təşkilatın ofisinə  baş çəkərək Azərbaycanlı və Gürcü gəncləri ilə görüşüb.

Səfir gəncləri dinləyib, suallarına cavab verib və Gürcüstanın demokratiya və Avropa İttifaqına üzüvlük haqqında öhdəliklərindən danışıb.

Herçinski gənclərlə görüşdükdən sora təşkilatın təsisçiləri ilə xüsusi görüş keçirib və gələcək planlarla bağlı, o cümlədən əməkdaşlıq haqqında müzakirələr aparılıb.

Xatırladırıq ki, Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski Marneuli şəhərində və Samşvilde kəndində olub.  

Marneuli meri Kənan Ömərov və Marneuli Bələdiyyə Şurasının sədri Amiran Qiorqadze səfiri salamlayıb, daha sonra regionda cari və gələcək layihələr və inkişaf strategiyaları haqqında ətraflı müzakirə aparılıb.

Səfərin məqsədi yerli təşkilatlar, vətəndaş cəmiyyəti və gənclərlə birbaşa qarşılıqlı əlaqə yaratmaq və regiondakı çətinlikləri və imkanları daha yaxşı anlamaq olub.



Bizimlə əlaqə saxlayın