Nəqliyyat vasitələrindən çıxan zərərli qazlara görə cərimələnən sürücülərin sayı artır
4 sentyabr 2023-cü il tarixindən 04 fevral 2024-cü il tarixinədək avtonəqliyyat vasitələrindən atmosferə atılan tullantıların müəyyən edilmiş normalarına əməl etmədiklərinə görə ümumilikdə 3533 hüquqi və fiziki şəxs cərimələnib.
InterPress.ge xəbər verir ki, bu barədə Ətraf Mühitə Nəzarət Departamenti məlumat yayıb.
Departamentin əməkdaşları Gürcüstanın 4 böyük şəhərində - Tbilisi, Rustavi, Kutaisi və Batumidə emissiyalara nəzarət edir.
“Departamentin əməkdaşları ən çox - Tbilisidə hərəkət edən sürücülərə/nəqliyyat vasitələrinin sahiblərinə 1614 cərimə tətbiq ediblər; Kutaisidə 769, Batumidə 646, Rustavidə 504 qayda pozuntusu qeydə alınıb.
3533 cərimə qəbzindən 3030 qəbz fiziki şəxsin adına yazılıb; 503 halda hüquqi şəxslər cərimələnib.
Onu da qeyd edək ki, avtomobil sürücülərinə 2033, mikroavtobus sürücülərinə 1297, yük avtomobili sürücülərinə 202, avtobus sürücüsünə 1 cərimə qəbzi tərtib edilib”, - deyə qurumdan bildirilib.
Fiziki şəxs tərəfindən nəqliyyat vasitələrinin tullantılarına dair qanunvericiliklə müəyyən edilmiş normalara əməl edilməməsinə görə cərimənin məbləği birinci dəfə 100 lari, ikinci dəfə 300 lari, üçüncü dəfə isə 600 laridir.


