Xaşuridə torpaq və ağac kütləsi dağ yamacından aşıb
Xaşuri bələdiyyəsinin Taşiskari kəndi yaxınlığında Ğeli istiqamətində dağ yamacından torpaq kütləsi və ağaclar aşıb, -
InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Xidməti məlumat yayıb.
“Sürüşmə proseslərinin ağır nəticələrinin inkişafının qarşısının alınması məqsədilə Fövqəladə Hallar Xidmətinin bölmələrinin əməkdaşları bütün müvafiq texnika və xüsusi avadanlıqlarla dərhal hadisə yerinə səfərbər edilib.
Həmçinin yerli bələdiyyənin, Ətraf Mühitin Mühafizəsi Milli Agentliyinin Geologiya Departamentinin, Milli Meşə Təsərrüfatı Agentliyinin və Mühafizə olunan Təbiət Agentliyinin nümayəndələri də ərazidədir.
Profilaktik tədbirlər çərçivəsində bütün müvafiq texnikalardan istifadə edilməklə koordinasiyalı şəkildə aktiv təmizləmə işləri aparılır”, - deyə bildirilib.