09 
Fev
2024
14:53
312

Gürcüstanın baş naziri ilə Azərbaycan prezidenti arasında telefon danışığı olub

Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı olub.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan hökuməti məlumat yayıb.

Onların məlumatına görə, İlham Əliyev İrakli Kobaxidzeni baş nazir təyin olunması münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

“İrakli Kobaxidze öz növbəsində İlham Əliyevi prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib.

Söhbət zamanı Gürcüstan və Azərbaycan arasında ikitərəfli əməkdaşlığın daha da dərinləşməsinə toxunulub”, - deyə məlumatda bildirilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər