08 
Fev
2024
13:02
257

İrakli Kobaxidze: "Gürcüstan parlamentinə baş nazir vəzifəsinə namizəd kimi təqdim olunmağım mənim üçün olduqca emosionaldır"

"Gürcüstan parlamentinə baş nazir vəzifəsinə namizəd kimi təqdim olunmağım mənim üçün olduqca emosionaldır. Mən səkkiz ilə yaxın parlament üzvü olmuşam və bu gün parlamentdən gedirəm".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş nazirliyinə namizəd İrakli Kobaxidze parlamentin plenar iclasında bildirib.

Kobaxidzenin sözlərinə görə, aparıcı demokratik konstitusiya institutu kimi Gürcüstan parlamentinə xüsusi hörmət və münasibət hökumət başçısı vəzifəsində olduğu müddətdə mütləq şəkildə davam edəcək.

Eyni zamanda, İrakli Kobaxidze “Gürcü Arzusu”nun parlament komandasına təşəkkür edib.

"Parlament komandamızın hər bir üzvünə təşəkkür etmək istərdim ki, onlarla çox mühüm işlər görmüşük - institusional olaraq ölkənin ali qanunverici orqanını gücləndirdik, Avropa konstitusionalizminin və parlament demokratiyasının ən yüksək standartlarına tam uyğun gələn konstitusiyanın yeni variantını qəbul etdik, ölkənin demokratik inkişafına, institusional möhkəmlənməsinə, sülhün və təhlükəsizliyin qorunmasına, iqtisadi artıma, müxtəlif sahələrin inkişafına və Gürcüstanın Avropaya inteqrasiyasına xidmət edən ən mühüm dəyişiklikləri həyata keçirdik. Bütün bunlar parlament komandamızın birliyi, prinsipiallığı, vətənpərvərliyi və ölkə maraqlarına sədaqəti sayəsində mümkün olub. Komanda işinizə və dostluğunuza görə çox sağ olun”, - deyə İrakli Kobaxidze bildirib.

Bundan əlavə, İrakli Kobaxidze qeyd edib ki, 8 fevral Davit Ağmaşenebelinin anım günüdür və hər kəsə Gürcüstanın birləşməsini, güclənməsini, mənəviyyatının və mədəniyyətinin dirçəlməsini arzulayır.

 

Bizimlə əlaqə saxlayın