DİQQƏT! Marneuli, Rustavi və Qardabaninin bu ərazilərində sürüşmə prosesi gözlənilir
Rustavi və Tbilisi-Qırmızı Körpü avtomobil yollarının bəzi ərazilərində sürüşmə prosesləri gözlənilir.
InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyinin Geologiya Departamentinin 2023-cü ildə hazırlanmış və 2022-ci il dövrünü təsvir edən bülletenində bəhs edilir.
O cümlədən, sənədə əsasən, Rustavi şimal-qərb periferiyasında, yeni qəsəbə ərazisində, Tbilisi-Qırmızı Körpü avtomobil yolunun müəyyən hissələrində, Yağluca poliqonunun yaxınlığında, Mtkvari çayı dərəsinin sağ yamacında gözlənilir.
Bundan əlavə, sənəddə qeyd olunub ki, Marneuli Bələdiyyəsinin ərazisində sürüşmə proseslərinin aktivləşməsi gözlənilir, yəni: Mtkvari, Algeti, Xram və Debeda çaylarının yüksək terraslarının sərhəd zonasında yerləşən: Keşəli, birinci və ikinci Kosalı, Əzizkəndi və Algeti ərazilərində;
Bülletendə bildirilir ki, Qardabani bələdiyyəsi ərazisində sürüşmə proseslərinin aktivləşməsi gözlənilir: Norio, Martğopi, Teleti, Kumisi, Tbilisi-Koda magistralının şimal Şinatexi dərəsində (Kumis kəndinin yaxınlığında), Arkaşeni çayı dərəsinin başlanğıcında və Axalsamqoridə.


