ABŞ dövət katibi İsrailin baş naziri ilə görüşüb
ABŞ dövlət katibi Entoni Blinken İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşüb.
InterPress.ge xəbər verir ki, İsrailin baş nazir ofisi məlumat yayıb.
Məlumata görə, Benyamin Netanyahu ilə ABŞ dövlət katibi arasında görüş "uzun və dərin" olub.
Blinken indi Netanyahunun köməkçiləri və Müharibə Kabinetinin üzvləri, o cümlədən müdafiə naziri Yoav Qalant, strateji işlər naziri Ron Dermer, milli təhlükəsizlik müşaviri Tzahi Haneqbi, Mossad rəhbəri David Barnea və digər yüksək səviyyəli rəsmilərlə görüşür.
Görüşdə İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Herts Halev də iştirak edir.
Qeyd edək ki, Antoni Blinken daha sonra İsrail prezidenti Yitzhak Hersoq ilə görüşəcək.
Məlumat üçün bildirək ki, ABŞ dövlət katibi sonuncu dəfə yanvarın əvvəlində İsraildə olub.


