Qarşıdakı günlərin hava proqnozu açıqlandı
Fevralın 12-dək Gürcüstanda isti və əsasən yağmursuz hava şəraiti gözlənilir.
InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.
Onların məlumatına görə, Tbilisidə hava yağmursuz keçəcək. Havanın temperaturu gündüz +14, +16 dərəcə təşkil edəcək.
Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Tsxinvali): nisbətən isti və yağmursuz hava gözlənilir. Havanın temperaturu gündüz +16, +18 dərəcə təşkil edəcək.
Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Ğvareli, Axmeta, Dedoplistskaro): nisbətən isti və yağmursuz hava gözlənilir. Havanın temperaturu gündüz +16, +18 dərəcə təşkil edəcək.
Şərqi Gürcüstanın yüksək dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz +6, +8 dərəcə təşkil edəcək


