05 
Fev
2024
18:21
469

Qardabani Təhsil və İnteqrasiya Mərkəzində icma nümayəndələri və ziyalılarla görüş keçirilib

Qardabani Təhsil və İnteqrasiya Mərkəzində icma nümayəndələri və ziyalılarla görüş keçirilib.

InterPress.ge-nin xəbərinə görə, görüşdə Azərbaycan ilə Gürcüstan arasındakı dostluq münasibətləri, Azərbaycan dövlətinin bu ölkədəki azərbaycanlılara diqqət və qayğısı, tələbə-gənclərin təhsil problemləri və s. məsələlər diqqət mərkəzində olub.

Qardabani Təhsil və İnteqrasiya Mərkəzinin təsisçisi Raul Əliyev bildirib ki, Gürcüstanda yaşayan soydaşlarımız təkcə gürcü cəmiyyətinə deyil, Avropaya inteqrasiya sahəsində də çox böyük uğurlar qazanıblar. Bu uğurların əsasında Azərbaycan dövlətinin diqqət və qayğısı dayanır. Gürcüstandakı azərbaycanlılarla bağlı əsası xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuş siyasətin uğurla davam etdirilməsi nəticəsində soydaşlarımız uğurlu nəticələr əldə edirlər.

Onun sözlərinə görə, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi dövlət başçısının müəyyən etdiyi siyasəti uğurla həyata keçirir. Qardabani Təhsil və İnteqrasiya Mərkəzi də Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə yaradılıb və fəaliyyət göstərir.

Mərkəzin direktoru Çiçək Hüseynova bildirib ki, qısa müddət ərzində mərkəz yerli ictimaiyyətin diqqətini cəlb edib və nüfuz qazanıb. Bu gün mərkəzdə 600-ə yaxın şagird və gənc qeydiyyatdadır. Hazırda onların 400- ə yaxın mərkəzdə Azərbaycan dili, ingilis dili, gürcü dili, riyaziyyat, məntiq fənləri, eləcə musiqi və digər ixtisaslar üzrə ödənişsiz təhsil alırlar. 

Daha sonra Azəbaycan dili müəlliməsi Sevda Şahverdiyeva Azərbaycan Respublikası Diasporla İş üzrə Dovlət Komitəsi tərəfindən təhsildə töhvələrininə görə təltif olunub.

 

Bizimlə əlaqə saxlayın