Prokurorluq transmilli cinayətin üstünü açdı - 7 nəfər saxlanıldı
Fevralın 3-də mütəşəkkil cinayətkar dəstənin 7 üzvü saxta zəng mərkəzlərinin təşkili ittihamı ilə saxlanılıb.
InterPress.ge xəbər verir ki, bu barədə prokurorluq məlumat yayıb.
Qurumun məlumatına görə, istintaq müəyyən edib ki, mütəşəkkil dəstə üzvləri Gürcüstanda şirkətlər qurublar və müxtəlif yerlərdə saxta zəng mərkəzləri təşkil ediblər.
Prokurorluğun məlumatına görə, cinayətkar qruplaşmanın üzvləri İsveçrə Konfederasiyası vətəndaşlarına məxsus bir neçə milyon İsveçrə frankını dələduzluq yolu ilə ələ keçiriblər.
Onlara qarşı mütəşəkkil dəstə tərəfindən dələduzluq və çirkli pulların yuyulması ittihamı irəli sürülüb və bu, 9 ildən 12 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Təqsirləndirilən şəxslərə məxsus dəyəri 5 milyon lariyə qədər olan daşınmaz və daşınar əmlaka həbs qoyulub. Cinayət mənşəli əmlakın dövlət xeyrinə müsadirə edilməsini təmin etmək məqsədilə prokurorluq tərəfindən müvafiq hüquqi prosedurlar həyata keçiriləcək.
Artıq prokurorluq təqsirləndirilən şəxslərin barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə müraciət edib.


