Fevralın 8-dək ölkə ərazisində gözlənilən hava proqnozu açıqlandı
Gürcüstanda hava şəraiti pisləşəcək.
InterPress.ge xəbər verir ki, Milli Ətraf Mühit Agentliyi qarşıdakı günlərin hava proqnozunu açıqlayıb.
Fevralın 5-dən fevralın 8-dək Gürcüstanda yağıntının əsasən qar şəklində olacağı, bəzi yerlərdə intensiv olacağı (əsasən ölkənin qərb bölgəsində), duman, dağlıq rayonlarda çovğun, yolların buz bağlaması, uçqun təhlükəsi, elektrik xətlərinin donması gözlənilir, dənizdə 6 bala qədər fırtına ola bilər.
Fevralın 6-da çox güclü külək əsəcək.
Güclü qar yağması, görüntünün zəifləməsi, çovğun, buz və uçqun təhlükəsi ilə əlaqədar magistralların müəyyən hissələrində avtomobillərin hərəkətinin məhdudlaşdırılması mümkündür.
Qərbi Gürcüstan gözlənilən güclü yağıntılar suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, dağlıq ərazilərdə sürüşmələrin başlamasına və aktivləşməsinə səbəb ola bilər.


