Hava şəraiti kəskin dəyişəcək, güclü külək əsəcək
Fevralın 6-dək Qərbi Gürcüstanın əksər rayonlarında və Şərqi Gürcüstanın bəzi rayonlarında yağıntılı hava şəraiti gözlənilir.
InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.
Bildirilib ki, Tbilisidə hava yağmursuz keçəcək. Fevralın 5-də günün sonundan etibarən güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gündüz 7-9 dərəcə isti təşkil edəcək.
Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali): fevralın 6-dək vaxtaşırı yağıntılı hava şəraiti gözlənilir. Fevralın 5-də günün sonundan başlayaraq güclü qərb küləyi əsəcək. Havanın temperaturu gündüz +6, +8 dərəcə təşkil edəcək.
Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Ğvareli, Axmeta, Dedoplistskaro): fevralın 6-dək hava əsasən yağmursuz keçəcək. Fevralın 5-də günün sonundan başlayaraq güclü qərb küləyi əsəcək. Havanın temperaturu gündüz +6, +8 dərəcə təşkil edəcək.
Şərqi Gürcüstanın yüksək dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): fevralın 6-dək bəzi yerlərdə qar yağacağı, çovğun olacağı gözlənilir. Havanın temperaturu gündüz 0,5 dərəcə isti təşkil edəcək.


