02 
Fev
2024
15:37
283

İlham Əliyev: Ermənistan konstitusiyasına dəyişikliklər edilsə, sülh əldə oluna bilər

"Ermənistanın Azərbaycana qarşı iddialarına son qoyularsa, Ermənistan konstitusiyasına və digər normativ-hüquqi sənədlərə düzəlişlər edilərsə, sülh əldə oluna bilər".

InterPress.ge xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev deyib.

Onun sözlərinə görə, artıq Ermənistanla Azərbaycan arasında de-fakto sülh var və bir neçə aydır ki, iki ölkənin sərhədində dinc vəziyyət hökm sürür, amma bu prosesin məntiqi sona çatması üçün sülh müqaviləsi imzalamaq, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoymaq lazımdır.

Bununla bağlı Prezident İlham Əliyev Ermənistanın Müstəqillik Bəyannaməsində Azərbaycanın Qarabağ bölgəsinin Ermənistana birləşdirilməsi və Azərbaycanın ərazi bütövlüyünün pozulması ilə bağlı birbaşa çağırışların olduğunu və bu sənədin Ermənistan Konstitusiyasında da qeyd edildiyini vurğulayıb.

Əliyevin sözlərinə görə, Ermənistanın digər hüquqi sənədlərində də Azərbaycana qarşı ərazi iddiaları var və Ermənistanın qoşulduğu bir çox konvensiyalar və digər sənədlərdə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanımayan çoxsaylı qeyd-şərtlər var.

Azərbaycan prezidenti qeyd edib ki, “bu iddialara son qoyularsa, Ermənistan Konstitusiyasına və digər normativ-hüquqi sənədlərə dəyişikliklər edilərsə” sülhə nail olmaq olar.

 

Bizimlə əlaqə saxlayın