İrakli Kobaxidze: Avropaya inteqrasiya istiqamətində dəqiq planımız var
Baş nazirliyə namizəd İrakli Kobaxidzenin sözlərinə görə, Avropaya inteqrasiya istiqamətində plan ilk növbədə 9 bəndin həyata keçirilməsini nəzərdə tutur.
InterPress.ge xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Gürcüstanın Avropaya inteqrasiya yolunda irəliləməsi üçün hər şey ediləcək.
“Avropaya inteqrasiya istiqamətində bizim dəqiq planımız var, bu plan, ilk növbədə, 9 bəndin yerinə yetirilməsini nəzərdə tutur. Biz Avropa İttifaqının nümayəndələri ilə daim əlaqə saxlayırıq. Təbii ki, intensiv ünsiyyət davam edəcək, onların arasında 9 bəndin icrası üzərində işləyəcəyik. Növbəti mərhələyə, yəni danışıqları açmaq, sonra növbəti mərhələyə keçmək üçün hər şey ediləcək. Avropaya inteqrasiya yolunda daha da irəliləmək üçün hər şey ediləcək”, - Kobaxidze bildirib.


