01 
Fev
2024
14:12
274

İrakli Ğaribaşvili "Gürcü Arzusu"nun sədri seçildi

Gürcü Arzusu”nun qurultayı İrakli Ğaribaşvilini partiyanın sədri seçib.

InterPress.ge xəbər verir ki, “Gürcü Arzusu”nun üzvləri yekdilliklə Ğaribaşvilini partiyanın sədri postuna təsdiqləyiblər.

“Cənab İrakli Ğaribaşvilinin sədr postuna namizədliyi yekdilliklə təsdiq edilib. Cənab İraklini təbrik edirəm və ölkəmizə böyük uğurlar qazandıran 3 illik baş nazir vəzifəsinə görə təşəkkür edirəm”, - “Gürcü Arzusu”nun keçmiş sədri İrakli Kobaxidze deyib.

“Paragraf Tbilisi” otelində “Gürcü Arzusu"nun qurultayı  keçirilir. Partiyanın qurultayında “Gürcü Arzusu”nun təsisçisi və fəxri sədri Bidzina İvanişvili də iştirak edir.

Qurultay Gürcüstanın himni ilə açılıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər