Pavel Herçinski: "Yeni seçilmiş Baş nazir və yeni təyin olunmuş nazirlərlə işləməyə hazırıq"
"Sizi əmin etmək istəyirəm ki, hansı qərarın qəbul edilməsindən asılı olmayaraq, biz Avropa İttifaqı Gürcüstanın Avropaya inteqrasiya yolunda uğur qazanması üçün yeni seçilmiş Baş nazir və yeni təyin olunmuş nazirlərlə işləməyə hazırıq".
InterPress.ge xəbər verir ki, bu barədə jurnalistlərə hökumət dəyişikliyi ilə bağlı sualı cavablandıran Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski deyib.
“Xarici ölkənin diplomatı kimi bu suala cavab verərkən çox diqqətli olmalıyam. Onu deyə bilərəm ki, biz əvvəlki hökumətlə, əvvəlki baş nazirlə çox sıx əməkdaşlıq etmişik, keçən il dekabrın 14-də Gürcüstana namizəd statusunun verilməsi ilə bağlı Avropa Şurası tarixi qərarı verdi və mən növbəti hökumət və baş nazirlə çox sıx və konstruktiv əməkdaşlığa ümid edirəm. Bilirik ki, bu gün bəzi açıqlamalar gözlənilir. Parlamentdə proses gedir. Mən özüm də yeni hökumətin tərkibinin necə olacağı ilə çox maraqlanıram, ancaq sizi əmin etmək istəyirəm ki, hansı qərarın qəbul edilməsindən asılı olmayaraq, biz Avropa İttifaqı Gürcüstanın Avropaya inteqrasiya yolunda uğur qazanması üçün yeni seçilmiş Baş nazir və yeni təyin olunmuş nazirlərlə işləməyə hazırıq".


