01 
Fev
2024
12:43
271

“Varketili” və “Avlabari” metrostansiyalarının bərpası nə zaman başa çatacaq?

Varketili” və “Avlabari” metrostansiyalarının bərpası yayın sonunadək yekunlaşacaq.

InterPress.ge xəbər verir ki, bu barədə Tbilisi meri Kaxa Kaladze açıqlama verib.

Kaladze bildirib ki, heç bir şirkət “Varketili” metrostansiyasını bərpa etmək istəyini ifadə etməyib və bu səbəbdən proses ləngiyib.

"Varketili" metrostansiyasında işlər gedir. Sözügedən stansiyanın bərpası zamanı bir müddət problem yaranıb, çünki şirkətlərdən heç biri tenderdə iştirak etmək arzusunu bildirməyib. Yəqin ki, heç kim belə mühüm layihənin həyata keçirilməsinə görə məsuliyyəti öz üzərinə götürmək istəməyib, bununla belə, hazırda işləri yerinə yetirən şirkət tapılıb və reabilitasiya yayın sonunadək başa çatacaq”, - deyə Kaxa Kaladze bildirib.

“Avlabari” metrostansiyasına gəlincə, Kaladzenin sözlərinə görə, ilkin layihədə bəzi dəyişikliklərə ehtiyac var idi, çünki metrostansiyanın vestibülü sökülüb. Onun sözlərinə görə, “əlavə problem yaranmazsa” “Avlabri” metrostansiyasının bərpası nəzərdə tutulan müddətdə başa çatdırılacaq.

Bizimlə əlaqə saxlayın