Prokurorluq bir nəfərə qarşı qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə etmə, saxlama və gəzdirmə faktı üzrə ittiham irəli sürüb
Prokurorluq bir nəfəri Batumidə qanunsuz olaraq odlu silah və döyüş sursatı almaq, saxlamaq və gəzdirmək faktı ilə ittiham edib.
InterPress.ge xəbər verir ki, bu barədə prokurorluq məlumat yayıb.
Prokurorluğun məlumatına görə, hazırda Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaqla müəyyən edilib ki, G. B. qanunsuz olaraq “Makarov” sistemi və “Beretta Brev.950” markalı tapançaları, habelə 17 ədəd patronu alıb saxlayıb.
“Yanvarın 25-də Batumi şəhərinin Ninoşvili küçəsində təqsirləndirilən şəxsə məxsus avtomobildən təcili axtarış nəticəsində qeyd edilən odlu silah və döyüş sursatları aşkar edilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları G.B. həmin gün saxlanılıb. O, Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddəsinin üçüncü və dördüncü hissələri (qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə etmə, saxlama və gəzdirmə) ilə ittiham olunub.
Prokurorluğun vəsatəti əsasında Batumi Şəhər Məhkəməsi təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı Daxili İşlər Nazirliyində cinayət işi üzrə istintaq davam etdirilir”, - məlumatda deyilir.


